Qazax rayonunun Məzəm kəndi iki gündür ki, Ermənistan silahlı qüvvələrinin fasiləsiz atəşinə məruz qalır.
Bu barədə APA-ya məlumat verən «Simurq» teleşirkətinin bölgə müxbiri Kamran Əskiparalının sözlərinə görə, aprelin 13-də kəndin atəşə tutulması nəticəsində bəzi sakinlərin mal-qaraları tələf edilib.
«Bu gün kənd sakinləri bizə atışmanın son 2 gündə intensivləşdiyini bildirdilər. Özümüz ermənilərin kəndə gəlib-gedən maşınları atəşə tutduğunun şahidi olduq. Teleşirkətin maşını da atəşə tutuldu və güllə maşını siyirdi. Atəşi Məzəmdən 150-200 metr aralıdakı hazırda ermənilərin əlində olan Xeyrımlı kəndinin təpəlyindən həyata keçirirlər», deyə K.Əskiparalı bildirib.
LENT.AZ