Martda ən çox satılan kitabların adları açıqlandı

Sevinc Pərvanənin “Şəhər” kitabı birinci yeri tutdu

“Qanun” nəşrlər evi mart ayında ən çox satılan bədii ədəbiyyat kitablarının siyahısını müəyyən edib və ayın ilk onluğuna düşən nəşrlərin adlarını açıqlayıb. “Qanun” nəşrlər evindən Lent.az-a verilən məlumata görə, Sevinc Pərvanənin “Şəhər” 69 ədəd satılmaqla mart ayının lideri olub. Pərvizin “Yad dildə”, Rasim Qaracanın “Əyri evin qadını” kitablarısa müvafiq olaraq 45 və 44 ədəd satılıb. Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası”, Sultan Məmmədovun “Massonluq”, “Əlvan fikirlər” (rusca) Kult. az saytının Almanaxı, Arif Buzovnalının “Xəzərim”, Orxan Pamukun “Mənim adım qırmızı”, Barak Obamanın “Atamın Arzuları” və Osman Mirzəyevin “Adlarımız” kitabları isə ardıcıl olaraq qalan yeddi yeri paylaşıb.

Qeyd edək ki, “Qanun” nəşrlər evi mütəmadi olaraq hər ayın ən çox satılan kitabları barədə ictimaiyyətə məlumat verəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO