Gürcüstanın dörd regional teleşirkəti milli azlıqlar üçün 15 dəqiqəlik informasiya xülasəsi yayımlamağa başlayıb.
İctimai yayımların təşəbbüsu ilə həyata keçirilən layihəyə Marneulinin “Manueli TV”, Axalkalakinin “TV 12”, Zuqdidinin “Odişi” və Qorinin “Trialeti” teleşirkətləri daxildir.
“Marnueli TV” Azərbaycan dilində, “TV 12” erməni dilində, “Odişi” abxaz dilində, “Trialeti” isə osetin dilində informasiya xülasəsi yayımlayır.
Regional teleşirkət İctimai yayımla illik müqaviləni rəsmiləşdirib. Xülasəni “Birinci kanal”ın informasiya xidməti hazırlayacaq. Müqaviləyə əsasən, ictimai yayımlar regional jurnalistlər tərəfindən hazırlanmış süjetlərlə təchiz olunacaq.
“Trialeti” kanalın rəhbəri Coni Panetaşvilinin bildirdiyinə görə, Sxinvalidə də yayımlanır. “Odişi”yə gəlincə isə onun əhatə dairəsinə Oçamçira daxildir, həmçinin Abxaziya əhalisi məlumat ala bilər. /Trend/ Milli.Az