Nəsimi Rayon Məhkəməsi martın 30-da “Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddianı rədd edib. Qəzet Mətbuat Şurasının onunla bağlı çıxardığı qərarın ləğvini, “Təzadlar”dan üzr istənilməsini və dəymiş mənəvi ziyana görə 50 min manat təzminat ödənilməsini istəyirdi.
Mətbuat Şurasının İdarə Heyəti ötən ilin oktyabrında “Təzadlar”ın adının “qara siyahı”ya salınması haqda qərar çıxarıb.
«Media forum»