Martın 29-da Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni ofisə köçüb. Ofis Bakının Mətbuat prospektində, “Azərbaycan” nəşriyyatının yanında tikilən yeni binada yerləşir.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına bildirib ki, binada tikinti prosesi tam yekunlaşmasa da, fondun ofisi olan mərtəbədə işlər tamamlanıb. Bu binada digər media strukturlarının, qəzet redaksiyalarının da yerləşməsi nəzərdə tutulub.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. Fondun ilk ofisi Bakının Şeyx Şamil küçəsində olub.
«Media forum»