Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus yazıçısı Anton Çexovun 150 illik yubileyi ilə əlaqədar “Çexovun Rusiyası” adlı sərginin açılışı keçirilib. Bu barədə mərkəzdən məlumat verilib. Sərgidə məşhur Rusiya kolleksioneri V.Belikovun kolleksiyasından nadir materiallar təqdim edilib.
Bakı Slavyan Universitetinin alim-professoru R.Quliyeva və dosent F.Muradova tədbirdə Çexovun yaradıcılığının müasir dünya ədəbiyyatına və müasir teatrın inkişafına təsirindən danışıblar. Tədbirdə Rusiya və Fransa səfirliyinin nümayəndələri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, həmvətənlər təşkilatları, şəhərin yaradıcı ziyalıları iştirak edib.