O, şəhərin girişində atışmanın baş verdiyini, sonra isə dörd rusiyalı əsgərin olduğu «Niva» markalı avtomaşının gəldiyini bildirib. «Onlar ölkələrdən birinin çəkiliş qrupuna hücum edərək, kameranı əllərindən alıb və silahla hədələyərək müxbir və operatoru «Mersedes» markalı avtomobildə naməlum istiqamətdə aparıblar. «Yenidən atəş açıldı. Biz, jurnalistlər maşınlara oturub Tbilisiyə yollandıq. Yolda gücsüz hala düşmüş iki yaşlı qadın və kişiyə rast gəldik. Onlar hərbi əməliyyat başlanandan sonra Tsinvalidən qaçaraq, yolda meyvə ilə gidalandıqlarını dedilər. ANS-in çəkiliş qruppu həmin şəxsləri Tbilisiyə çatdırdı», – deyə, N.Almasoğlu vurğulayıb.
Mənbə: day.az