Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlqədar növbəti seminarı Sumqayıtda keçirib.
AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı tədbir içtirakçları qarşısında geniş məruzə ilə çıxış edib. O, bildirib ki, bu yaxınlarda AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı 2019-cu ilin fevral-dekabr ayları arası dövrü əhatə eədən aralıq hesabatını ictimaiyyətə təqdim edib. Bundan başqa M. Zülfüqarlı seminar iştirakçılarına Azərbaycanda bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin fəaliyyətləri zamanı üzləşdikləri problemlər, bələdiyyələr sahəsində mövcud beynəlxalq təcrübə, bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin qanunvericilik bazası və digər məsələlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, Respublikada bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, həmçinin müşahidəçilərə AVCİYA-nın hazırladığı “Müşahidəçilər üçün Yaddaş Kitabçası” və müşahidəçilərə MSK tərəfindən verilmiş vəsiqələr təqdim olunub.
Tədbirdə AVCİYA Seçki qərargahının Sumqayıt Regional ofisinin nümayəndələri də iştirak edib.
AVCIYA Seçki Qərargahı