İranda “Etimad ” qəzeti bağlanıb

Martın 1-də İranın tanınmış qəzetlərindən olan “Etimad” qəzetinin baş redaktoru İlyas Həzrətiyə ölkənin İrşad və Mədəniyyət Nazirliyinin mətbuat üzrə müavini zəng edərək Etimad qəzetinin müvəqqəti bağlanılması barədə göstəriş verilib. Bunu Həzrəti İranın MEHR xəbər agentliyinə müsahibəsində deyib.

Həzrəti əlavə edib ki, hələlik yazılı şəkildə bu göstəriş bizə təqdim olunmayıb, lakin fikrimcə, bağlanmaya səbəb ardıcıl şəkildə bizim qəzetə verilən xəbərdarlıqlardır.

Həzrəti deyib ki, tezliklə bu qadağanın qəzetin üzərindən götürüləcəyinə ümid edirəm. Onun sözlərinə görə sabahdan “Etimad” qəzeti satışda olmayacaq.

İranın Fars agentliyinin məlumatına görə ölkənin İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası bu gün keçirdiyi iclasda qəzetin bağlanmasına qərar verib və onun haqqında işi məhkəməyə göndərib.
Bundan başqa bugünkü iclasda İranın məşhur “Keyhan” və “Əsre Mərdom” qəzetlərinə də ciddi xəbərdarlıq edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO