Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur

Azərbaycan Ordusu Moskvada keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında ilk dəfə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, avqustun 23-də Moskvadakı Qırmızı Meydanda başlayan “Spasskaya Başnya” festivalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri də iştirak edir. Sentyabrın 1-dək davam edəcək festivala yaradıcı heyət polkovnik Etibar Əliyevin rəhbərliyi ilə qatılıb.

Tərkibi hər il dəyişilən və dünyanın ən böyük musiqi festivallarından olan “Spasskaya Başnya” beynəlxalq hərbi musiqi festivalında bu il də izləyicilər maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər.

Xatırladaq ki, 1992-ci ilin fevralından fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir.

Festivalın qaydalarına uyğun olaraq yarışda orkestrlə birlikdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı da çıxış edirlər. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edirlər. Heyətimiz festivalda Müslüm Maqomayevin “Radio marşı”, “Odlar yurdu Azərbaycan”, Əlimərdan Əliyevin “Bayramlı Azərbaycan”, Üzeyir Hacıbəylinin “Cəngi” musiqilərini ifa edəcək. Həmçinin orkestrin şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil etməsi planlaşdırılır. Şəhərin mərkəzi meydanlarında baş tutacaq həmin konsertlərdə Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev, digər yerli və dünya klassiklərinin əsərləri təqdim ediləcək.

Çıxışlara baxmaq üçün https://www.youtube.com/watch?time_contin

“Tamaşaçı rəğbətinin” mükafatının səsverməsi
https://award.spasstower.ru/…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO