Fevralın 26-da Praqada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.
Həmin gün Xocalı və Lidiçe şəhərlərinin icra hakimiyyəti başçıları tərəfindən bu şəhərlərin qardaşlaşması barədə protokol imzalanacaq.
Sonra Lidiçe muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi açılacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film nümayiş olunacaq.
Qeyd edək ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilib, əhalisi terrora məruz qalıb.