Mayın 15-də Bakı Ekspo Mərkəzində işə başlayan 4 ixtisaslaşmış sərgidə – 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya – “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar – “HOREX Caucasus” sərgilərində AZƏRTACöz stendi ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də stenddə agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş etdirilir.
Ekspozisiya ilə tanış olan ziyarətçilərə geniş imkanlarından bəhrələnən və 8 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən sərgilərin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması ilə bağlı məlumatlar maraqla qarşılanır.