Azərbaycan Parlamenti “Diffamasiya haqqında ” qanun layihəsini müzakirəyə çıxara bilər – komitə sədri

Azərbaycan Parlamenti “Diffamasiya haqqında” qanun layihəsini müzakirəyə çıxara bilər.

“Diffamasiya haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentə bir qrup millət vəkili tərəfindən qanun layihəsi təqdim olunub”, – Trend News-un məlumatına görə, bazar ertəsi jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Trend News-un arayışı: “Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Layihəni hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

“Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Aslanovanın sözlərinə görə, qanun layihəsi komitədə müzakirə olunur.

“Biz, eyni zamanda, bu layihəni dünyada mövcud olan bir sıra qanunvercilik aktları ilə müqayisə edirik və düşünürük ki, gələcəkdə onu tam təkmilləşdirilmiş formada parlamentin müzakirələrinə çıxaraq”, – millət vəkili əlavə edib.

Onun fikrincə, layihə, imkan olarsa, Milli Məclisin üçüncü çağırışında müzakirəyə çıxarılacaq.

“Əks halda, müzakirələr parlamentin növbəti çağırışına qalacaq”, – Aslanova vurğulayıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO