AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Badisabah Rəcəbova “Azərbaycanın ənənəvi sənətkarlıq məmulatı və istehsalı tarixindən (IV-XVII əsrlər)” kitabı nəşr edilib.
Azərbaycan orta əsr abidələrindən aşkar olunmuş zəngin arxeoloji materiallar əsasında yazılmış monoqrafiya Azərbaycanın orta əsr ənənəvi sənətkarlıq məmulatına həsr edilib. Bu monoqrafiyada qazıntılardan aşkar olunmuş sənətkarlıq məmulatları təsnif olunub. Onların hazırlanma texnologiyası təsbit edilib, xalqımızın tarix və incəsənətini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğu göstərilib.