Fevralın 3-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində tanınmış Ərdəbil şairi Əsgər Şahinin “Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi” kitabının təqdimatı keçirilib.
Üçcildliyinin birinci cildi “Nurlar” nəşriyyatında işıq üzü görüb. Kitabda dəqiq elmi şərhlərlə şairin 100 qəzəli toplanıb.
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin sədri Seyid Əli Əkbər Ocaqnejad, filologiya elmləri doktoru Şahin Fazil, şair Əsgər Şahi və başqaları Füzuli şeiriyyatından danışıb, onun bir beytinin mənasını açmaq üçün böyük elmi biliklərə sahib olmağın vacibliyini bildiriblər. Dövrünün mütəfəkkir şairi olan Füzuli yaradıcılığının hələ əsrlər boyu yaşayacağı, nəsillərə örnək olacağı vurğulanıb.