Xatırladaq ki, Yuri və Anqelina Aleksandrovlar 2008-ci il martın 7-də itkin düşmüşdülər. Bir neçə gündən sonra onların itkin düşməsində şübhəli şəxs kimi gənc kirayişinləri saxlanılmışdır. İstintaq zamanı Kazakbayev jurnalist və onun həyat yoldaşını öldürdüyünü, cəsədləri isə Bişkekin kənarında, valideynlərinin zirzəmisində gizlətdiyini etiraf etmişdir. Çox keçmədən Aleksandrovların cəsədləri çoxsaylı yaralarla aşkar edilmişdir.
Qeyd edək ki, 23 yaşlı Kazakbayev boks üzrə idman ustasıdır və onun həyat yoldaşı, həmçinin balaca uşağı var. Qırğızıstanın hüquq-mühafizə orqanlarında onun kriminalla bağlı olmadığını sübut etməyə çalışırlar. Qətlin səbəblərini məhkəmə kinli münasibət kimi göstərib.
Mənbə: lenta.ru