“Poliqon” İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəylinin sözlərinə görə, yaxın günlərdə “Milli Yol” qəzeti nəşrini bərpa edəcək.
Ş.Ağabəyli bildirib ki, ölkədə “ciddi qəzet aclığı” duyulmaqdadır: “Çalışacağıq ki, “Milli Yol” bu sosial tələbatı təmin edə bilsin”.
Ş.Ağabəyli qəzetin əvvəlki üslub və mövqeyini qoruyacağını söyləyib.
Qəzet “Durmaq yox! Yola davam!” şüarı ilə çıxacaq.
“Milli Yol” 2003-cü ildə gündəlik qəzet kimi fəaliyyətə başlayıb. 2006-cı ildən həftəlik nəşr olunub. 2009-cu ilin sentyabrından fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Şahin Ağabəylidir.
«Media forum»