İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi jurnalistlərə şamil olunmur. Bunu fevralın 1-də Bakıda səfərdə olan İranın xarici işlər nazirinin hüquqi və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi deyib.
“Media forum” saytı AzərTAc-a istinadla xəbər verir ki, H.Qaşqavi Azərbaycanın KİV nümayəndələrinin İrana getmək üçün əvvəlki kimi viza almalı olacaqlarını vurğulayıb.
Xatırladaq ki, rəsmi Tehran Azərbaycan vətəndaşlarının İrana vizasız gediş-gəlişi haqda qərar qəbul edib. Qərar fevralın 1-dən qüvvəyə minib.
«Media forum»