Azərbaycanşünaslığın aktual problemləri” müzakirə olunacaq

Martın 11-12-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan, rus və ingilis dillərində keçiriləcək elmi konfransda dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək. Konfrans zamanı müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən siyasət, hüquq, tarix və etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, incəsənət, elm və təhsil, iqtisadiyyat, coğrafiya istiqamətləri üzrə müzakirələr aparılacaq.

Konfransın birinci günündə əsasən sözügedən istiqamətlər üzrə məruzələr dinləniləcək. Beynəlxalq konfransın ikinci günündə isə mütəxəssislər tərəfindən Azərbaycanşünaslığın aktual problemlərindən bəhs olunacaq, onların həlli yolları barədə qarşılıqlı fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, beynəlxalq konfrans yekunlaşdıqdan sonra təşkilat komitəsi tərəfindən konfrans materiallarının nəşri nəzərdə tutulub. Məlumatda bildirilir ki, sözügedən konfransa qatılmaq istəyənlər bildiriş blankı və məruzə mətnlərini fevral ayının 8-dən, gec olmayaraq BSU-da fəaliyyət göstərən təşkilat komitəsinə təqdim edtməlidir. Tezis və məqalələri [email protected] internet ünvanına göndərmək olar. Tezislər 450 sözə qədər, məqalələr 1000 sözə qədər həcmdə olmalıdır. Təşkilat komitəsi konfrans materiallarının seçilməsi hüququnu özündə saxlayır. BSU-dan bildirilir ki, beynəlxalq elmi konfrans barədə ətraflı məlumatı universitetin internet ünvanından və 440-20-27 saylı telefona müraciət etməklə əldə etmək mümkündür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO