9-cu Sabir Qiraət Müsabiqəsinə start verilir – Elxan Süleymanovun təşəbbüsü…

Dahi şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 9-cu Bədii Qiraət Müsabiqəsinə start verilir.

Musavat.com xəbər verir ki, Sabir Bədii Qiraət Müsabiqəsi 2011-ci ildən Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə keçirilir.

IX Bədii Qiraət Müsabiqəsinə 22 aprel 2019-cu ildə start veriləcək.
Müsabiqədə Şamaxın rayonun təhsil müəssisələrinin şagird və tələbələri iştirak edə bilərlər.
Müsabiqə iki mərhələdə keçiriləcək. Birinci mərhələ tədris müəssisələrində 22.04.2019-20.05.2019, ikinci mərhələ rayon səviyyəsində 21.05.2019-25.05.2019-cu il tarixlərində keçiriləcək. Müsabiqənin informasiya dəstəkçisi 1905.az saytıdır.

Münsiflər heyətinə görkəmli mədəniyyət və incəsənət xadimləri daxildir.
Müsabiqənin yekununda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir.

Nəzərə çatdıraq ki, Elxan Süleymanov Şamaxının millət vəkili olduğu illər ərzində indiyədək 150-dən artıq şagird və tələbəyə əlaçı və Sabir müsabiqəsinin qalibi mükafatları verib.

Musavat.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO