O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxıb. Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur.
Söz Azadlığını Müdafiə Fondu radio və televiziya işçilərini peşə bayramı münasibətilə təbrik edir və bu məsuliyyətli işdə onlara uğurla yanaşı daim inkişafda olmağı arzulayır.
Mənbə: SAMF