2 azərbaycanlı jurnalist “Drujba narodov” jurnalını “zəbt etdi”

“Drujba narodov” jurnalı növbəti 8-ci sayında “Azərbaycan ənənəsi”nə yenidən sadiq qalıb. Modern.az-ın məlumatına görə, tanınmış Rusiya ədəbi nəşrində yazıçı-publisist Emil Ağayev və “Turan” informasiya agentliyinin şərhçisi, politoloq Toğrul Cuvarlının “Meydandan Maydanədək” adlı söhbəti dərc edilib. Yazıda son dövrdə keçmiş postsovet məkanında, o cümlədən Ukraynada baş verən proseslər, habelə Azərbaycanın bu məsələdə sərgilədiyə rəsmi mövqe ətrafında fikir mübadiləsi aparılır.

Qeyd edək ki, “Dostla söhbət” rubrikasının aparıcısı E. Ağayev bir vaxtlar Azərbaycanda “Literaturnaya qazeta” və “Novosti” agentliklərini təmsil edib. AZərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

 

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO