“Nyu-York Tayms ko” şirkəti Massaçusets ştatında 137 ildir ki, çap olunan “Boston Qlob” qəzetini satmaq fikrindədir. Qəzeti almaqda maraqlı olanların axtarılması “Qoldman Saks” İnvestisiya Bankının mütəxəssislərinə həvalə edilib.
Bu günlərdə “Nyu-York Tayms ko” “Boston Qlob” u rentabelsiz müəssisə kimi bağlamaq planlarından imtina etdiyini bildirib. Şirkət bu il qəzetdən xərclərin azalmasına görə 20 milyon dollar gəlir əldə edilməsinə nail olub. Bu da əsasən, işçilərin əmək haqlarının azalması, güzəşt və əmək hüquqlarının alınması hesabına baş verib. “Boston Qlob” bu məsələni poçtalyon və qəzet yayımçılarının həmkarlar ittifaqı ilə tənzimləyib. Lakin bu yolda yeganə maneə özündə jurnalistləri, əməkdaşları və reklam və biznesə məsul şəxsləri birləşdirən qəzetin Gildiyası olub. Onlar bazar ertəsi böyük səs üstünlüyü ilə əmək haqlarının azaldığını bildirən yeni əmək müqaviləsinin bağlanmasının əleyhinə olublar.
Cavabında “Nyu-York Tayms ko” qəzet əməkdaşlarının əmək haqlarını 23 % azaltmağa məcbur olub. Bu da qəzetin 20 milyon dollar qazanmasına gətirib çıxarıb. Odur ki, qəzeti bağlamaq yox, satmaq qərarına gəliblər.
www.lenizdat.ru