İranda jurnalistlərin kütləvi həbsinə başlanılıb. Modern.az iran mətbuatına istinadən xəbər verir ki, xarici media qurumları ilə əməkdaşlıq etdikləri üçün 11 jurnalist polis tərəfindən saxlanılıb. İranın rəsmi qurumları faktla bağlı açıqlama verməsə də, jurnalistlərin həbs edilməsinin arxasında onların İran əleyhinə olan ölkələrin mətbuat nümayəndələri ilə işbirliyində olması bildirilir.
İran mətbuatının yazdığına görə, jurnalistlər arasında həbslərin davam edəcəyi gözlənilir.