ТАР (Transadriatik boru kəməri) İranın layihədə iştirakını istisna etmir və ümumilikdə yeni səhmdarlar üçün açıqdır. Bunu Trend-ə TAP-ın kommunikasiyalar üzrə direktoru Liza Givert İranın ölkəyə qarşı sanksiyaların ləğv edilməsindən sonra layihədə pay əldə edilməsi imkanını şərh edərkən deyib.
Onun sözlərinə əsasən, TAP layihəyə əlavə strateji dəyər gətirə biləcək yeni səhmdarlar üçün açıqdır.
L.Givert qeyd edib ki, TAP Azərbaycanın “Şahdəniz” yatağının ikinci mərhələsindən qazın Yunanıstan, Albaniya və ardından İtaliyaya nəqlinə istiqamətlənib: “TAP mümkün əlavə həcmlərin nəqli ilə bağlı işdə Aİ-nin normalarına və müvafiq icazələrə üstünlük verəcək”.