“Roma Papasının bəyanatı Türkiyə üçün qəbuledilməzdir”, – bunu Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan özünün “Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Dini əsaslar bu cür bəyanatlara səbəb olmamalıdır. Bu düşmənçiliyə və nifrətə gətirir”, – deyə prezident qeyd edib.
Daha öncə qondarma “soyqırımın” 100-illiyinə həsr olunmuş messanın başlanğıcında Roma Papası Fransısk bildirmişdi ki, XX əsrdə bəşəriyyət üç böyük faciə yaşadı – qondarma “erməni soyqırımı”, nasizm və stalinizm.
Türkiyə dəfələrlə İrəvana arxivləri açaraq 1915-ci ildə baş vermiş hadisələrə doğru qiymət verməyi təklif etsə də, müsbət cavab almayıb. Almayacaq da. Çünki arxivlər açılsa, Ermənistanın maskası yırtılacaq. Ermənistan isə masqasını qorumaq üçün pornoulduzun arxasında gizlənir. Əslində ermənilərin bu addımı heç də təəccüb doğurmamalıdır. Axı onların indiyə qədər hansı iyrənc əməllərə əl atdığını hamımız yaxşı bilirik..