Mərkəzi qərərgahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) illik həbsxana statistikasını açıqlayıb.
JMK (CPJ) – nin bu mövzudakı hesabatında hazırda dünya üzrə həbsdə olan jurnalistlərin yarıdan çoxu Türkiyə, İran və Çin zindanlarındadır. Bu barədə musavat.com-a adı çəkilən qurumun Nyu-Yorkdan göndərilən hesabatında bəhs edilir. CPJ-nin idarə heyəti üzvü Joel Simon: “Qəzetçiləri məslək fəaliyyətlərinə görə həbs etmək aqressiv, basqıçı bir toplumun göstəricisidir”, dedi. “Viyetnam ve Misir kimi ölkələrdə həbs olunan qəzetçilərin sayının artdığını görmək də rahatsız edicidir. Amma Türkiyənin üst-üstə iki il dünyanın ən pis qəzetçi zindanı olduğunu görmək açıq söylənsə, şok edici”. Qəzetçiləri həbs edən ölkələr arasında ilk ən pis 10-luğu təşkil edənlər digərləridir: Eritreya, Viyetnam, Suriya, Azərbaycan, Efyopiya, Misir və Özbəkistan. 1 dekabr 2013 etibarı ilə toplam olaraq 211 qəzetçi barmaqlıqlar ardındaydı. CPJ qeyd edir ki, onun siyahısı bu il içində həbs edilən və buraxılan bir çox qəzetçini əhatə etməyib. Hər qəzetçiyə dair detallı bilgi bu linkdədir: http://www.cpj.org/imprisoned/2013.php Komitə qeyd edir ki, Suriyada Bəçər Əsəd həbsdə tutduğu qəzetçi sayı ötən ilə nisbətən 15-dən 12-yə enib. Lakin 2013 sonlarına doğru Suriyada təxminən 30 qəzetçi qeyb olub. Komitə daha sonra bildirir ki, Qüzey ve Güney Amerika qitələrində həbsdəki tək qəzetçi ABŞ-da idi. CPJ, qəzetçi tutan ölkələrin iqtidarlarına məktublar göndərərək, onlara ciddi əndişələrini bildirib. 2013-cü ildə ən azı 39 qəzetçi erkən olarq sərbəst buraxılıb. CPJ (JMK) bildirir ki, 2013-cü ildə 18 dekabr tarixinə qədər 52 qəzetçinin öldürüldüyü qeydlərə keçib bu barədə son siyahı 2013-cü ilin 30 dekabr tarixində yayılacaq.