“Düşünürəm ki, bundan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq”.Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin bugünkü qurultayında bildirib.
“Qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, mətbuatın maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinə rəvac verəcək. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq”.
PA rəsmisi daha sonra həbsdə olan jurnalistlərin azadlığa buraxılmasından söz açıb. Bildirib ki, bununla bağlı təşəbbüs yoxdur. Əgər belə bir təşəbbüs olarsa, buna baxıla bilər”.
Ə.Həsənov bildirib ki, indiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub: “Arzu edək ki, həbsdə olan jurnalistlərin qapısı açıq olsun. Onlar həbsdən azad olunsunlar”.
Modern.az