Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçildi

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilir. Modern.az saytının məlumatına görə, Mətbuat Şurasına sədr seçkisi keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Səsvermə zamanı 246 bülleten olub. Onun 6-sı əsassız sayılıb. Ə. Amaşov 233 səslə sədr seçilib.

Nizamnaməyə düzəlişlərə 240 səslə, yəni 86%-lə razılıq verilib.

Qurultay Mətbuat Şurası İdarə Heyətinin üzvlərini də seçib. İdarə Heyətinin üzvləri aşağıdakı şəxslərdən ibarətdir.

Jurnalist nümayəndələr

Əflatun Amaşov
Vüqar Rəhimzadə
Umud Rəhimoğlu
Rəşad Məcid
Bəxtiyar Sadıqov
Tapdıq Abbas
Aydın Quliyev
Rauf Arifoğlu

İctimaiyyətdən olan nümayəndələr

Vüqar Səfərli
Aqil Abbas
Müşfiq Ələsgərli
Cavanşir Feyziyev
Şamil Vəliyev
Musa Qasımlı
İnternet mediasından nümayəndələr

Vüsalə Mahirqızı
Azər Həsrət
Rasim Əliquliyev
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO