“Ədəbiyyat qəzeti “nin yeni saytı hazırlanıb

Azərbaycan Yazıçılar Birliyinin qurultayı münasibətilə qurumun mətbu orqanı olan “Ədəbiyyat qəzeti” öz internet saytını oxuculara təqdim edib. Modern.az xəbər verir ki, edebiyyatqezeti.net ünvanında fəaliyyət göstərək sayt çağdaş ədəbi proseslərə təsir etmək məqsədilə ərsəyə gətirilib.

Qəzetin şöbə müdiri Aydın Əbilov: “AYB-nin təşkilatçılığı ilə Azərbaycan Yazıçılarının XII Qurultayı münasibətilə üstündə çoxdan çalışdığımız “Ədəbiyyat qəzeti”nin yeni saytını araya-ərsəyə gətirdik…
Sadə, yalnız yazı – əsl ədəbiyyat mətnləri oxumaq üçün nəzərdə tutduğumuz bu milli resursu dəstəkləyin, “Feysbuk”da paylaşın ki, çağdaş peşəkar söz sənətimiz inkişaf etsin…”.   

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO