Zakir Sadatlı qalmaqallı müsabiqədən imtina etdi

Tanınmış yazıçı Zakir Sadatlı Ədəbiyyat Müsabiqəsindən imtina etdi. Bu barədə Lent.az-a yazarın özü məlumat verib. Z.Sadatlı bildirib ki, münsiflər heyətindəki son dəyişiklik, orada baş verən təbəddülatlar, mətbuatda yayılan bəzi açıqlamalar və ədəbi ictimaiyyət arasında dolaşan söz-söhbətlər müsabiqənin obyektiv keçiriləcəyinə və ədalətli seçim olacağına heç bir ümid yeri qoymur: “Bunu nəzərə alaraq, müsabiqənin son mərhələsindən imtina etdim”.

Xatırladaq ki, Zakir Sadatlının Ədəbiyyat Müsabiqəsinə təqdim etdiyi “Əfqanıstan uçurumu” romanı nəsr nominasiyasında növbəti tura adlayan 7 əsərdən biridir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO