Yeni ildən daha 10 telekanalın yayımına başlanacaq

Cari ilin noyabrın birindən etibarən Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkəti “Mənim planetim” adlı yeni elmi-kütləvi kanalının test rejimındə efir baxışı olacaq.
Bu barədə məlumatı Rusiya mətbuatına şirkətin baş direktor müavini Dmitri Mednikov. Şirkət rəsmisinin sözlərinə görə, yeni layihəyə 10 milyon dollar vəsait xərclənib. Potensial seyrçilərin sayının 15 milyon nəfərə çatacagı gözlənilir.
Növbəti ildən şirkət müxtəlif səpgili daha on kanalın yayımına başlayacaq. Və təklif olunan layihələrin hamısı elmi-kütləvi məzmunda olacaq. Hazırda şirkətin strukturuna aid “Rusiya ”, “Vesti”, “Kultura”, “RTR Planeta”, “Bibiqon” kanalları daxildir. Bununla yanaşi şirkət ”EURONEWS ” telekanalının rus versiyasının sahibidir. “Sport” kanalının yayımı isə yeni ildən dayandırılacaq. Onun əvəzinə “Rusiya-2” layihəsi işə salınacaq.

SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO