Yazıçılar əsgərlərlə görüşüb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup əməkdaşı “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb. Bu barədə AYB-ın mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı yazıçılar torpaqlarımızın düşməndən azad olunmasından, vətənpərvərlikdən, ordumuzun hərbi potensialının güclənməsindən, ali baş komandan İlham Əliyevin hərb sahəsinə göstərdiyi diqqətindən söz açıblar. Görüş çərçivəsində Yazıçılar Birliyinin təsis etdiyi fəxri fərman hərbi hissənin komandirinə təqdim edilib. Məlumat üçün bildirək ki, vətənpərvər ruhda şerlərin səsləndiyi görüşün sonunda əsgərlərə konsert proqramı təqdim olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO