Xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib

Xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilibAzərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Pen-Klub”un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və “Pen-Klub”un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək “Pen-Klub”un prezidenti vəzifəsindən azad olunmasını istəyib.

Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər “Pen-Klub”un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO