“Vicdan dustağı ” adlı kitabın təqdimatı olacaq

"Vicdan dustağı" adlı kitabın təqdimatı olacaqAprelin 2-də Mədəniyyət və Turizm Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, “Milli yaddaş” və Beynəlxalq Rəsul Rza mükafatı laureatı, “Yazıçı qadınlar” jurnalının baş redaktoru, yazıçı, publisist Nüşabə Məmmədlinin “Vicdan dustağı” kitabının təqdimatı mərasimi reallaşacaq.
Tədbirdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dünya azərbaycanlıları təşkilatının prezidenti Tofiq Əlizadə, yazıçı və şairlər iştirakı nəzərdə tutulub. Qadın yazıçılarımızdan Firuzə Məmmədli, Sona Xəyal, Nafilə Abuzərli, Həqiqət Paşaqızı, Gülrux Əlibəyli, Gülzar İbrahimova, Sevinc Nuruqızı və b. yazıçının yeni kitabı ilə bağlı çıxış edəcəklər.
Tədbiri keçirməkdə əsas məqsəd kitab mədəniyyətinin təbliği, mütaliəyə marağın artırılmasından ibarətdir.
Tədbiri kitabxananın direktoru F.Quliyeva açacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO