“Ulduz ” jurnalının yeni sayı

"Ulduz" jurnalının yeni sayı“Ulduz” jurnalının yeni sayı oxuculara təqdim olunub. Jurnalın bu sayının poeziya guşəsində Gəray Göyyurdun, Əli Şirin Şükürlünün, Əlizadə Nurinin, Nuranə Nurun, Əsəbəli Osmanlının, Afaq Vəliyevanın, Günay Türkəmin, Rizvan Nəsiboğlunun, Sevinc Arzulunun, Kənan Soyalpın,Vahid Hacıyevin şeirləri, rus şairi Yuri Kuznetsovun yaradıcılığından tərcümələr öz əksini tapıb. “Nostalji” bölməsində Fərqanə Mehdiyevanın ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru Qəzənfər Paşayevlə söhbəti verilib. Jurnalın digər səhifələrində publisist Xeyrəddin Qocanın satirik məqalələri dərc olunub. Oqtay Qorçunun atası, mərhum alim və şair Ağa Laçınlının 70 illiyi münasibəti ilə qələmə aldığı “Gülən adam necə ölür?” başlıqlı yazısında müəllif atalı günlərinin xatirələrindən bəhs edib. Firuz Kazımoğlu “Vaxtında çıxan kitab haqqında gecikmiş yazı” məqaləsində mərhum şair Hüseyn Kürdoğlunun “Yurduma qurbandır sözüm” adlı şeirlər kitabı haqqındakı təəssüratlarını qələmə alıb. Dərgidə digər maraqlı ədəbi nümunələr yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO