Ukrayna “Perviy kanal “ın qeydiyyatını qeyri-müəyyən müddətə təxirə salıb

Ukraynanın Teleradio Verilişləri Milli Şurası “Pervıy kanal. Vsemirnaya set” telekanalının qeydiyyat məsələsini qeyri – müəyyən müddətə təxirə salıb. Bu barədə Milli Şura sədrinin müavini Andrey Miroşniçenkoya istinadən RİA Novosti agentliyi xəbər verib.

Onun sözlərinə görə, kanal haqqında qərarın verilməməsinə səbəb qeydiyyatla bağlı bəzi sənədlərin çatışmaması olub.

Miroşniçenko qeyd edib ki, Rusiya telekanalının qeydiyyatı ilə bağlı məsələyə o zaman baxılacaq ki, Milli Şura üzvləri bütün sənədlərin qaydasında olmasına əmin olsunlar. Hansı sənədlərdən söhbət getdiyini isə sədr müavini deməyib.

Miroşniçenko həmçinin qeyd edib ki, kanalın qeydiyyatı məsələsində Ukrayna qanunvericiliyi arasında təzadlı məqamlar var. Kanal Milli Şuranın tələbi ilə sahibkar kimi qeydiyyatdan keçib ki, bu da onun Ukraynada fəaliyyət göstərməsinə imkan yaradır. Sədr müavini deyib ki, biz bu kanalı informasiya fəaliyyətinin subyekti kimi qeydiyyatdan keçirəriksə, faktiki olaraq onu teleradio kompaniya reyestrinə daxil etmiş olarıq.

Qanuna görə, əcnəbi şəxs Ukraynada teleradio kompaniyası aça bilməz, odur ki, Birinci kanalı bu reyestrə aid etmək olmaz. Bundan əlavə, bu reyestrdə yalnız teleradio kompaniyaları deyil, həm də informasiya fəaliyyətinin digər subyektləri də fəaliyyət göstərir.

“Biz 100 faiz əmin olmaq istəyirik ki, qanunlar çərçivəsində hərəkət edirik” – deyə Miroşniçenko sözünü bitirib.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO