Türkmənistan hakimiyyəti Azadlıq Radiosunun jurnalistini azad edib

Türkmənistanda Durdımuradov təhsil məsələləri ilə müşğul olmaqla yanaşı konstitusiya islahatlarının hazırlıq mərhələsini işıqlandırır. İyunun 20-də yaşadığı evdə həbs olunan jurnalisti hüquq-mühafizə orqanları döyüb və elektroşokla işgəncə veriblər. Jurnalistdən Azadlıq Radiosu ilə əməkdaşlıq etməməyi tələb edirdilər.

Qeyd edək ki, «Sərhədsiz reportyorlar»ın söz azadlığına dair hesabatında Türkmənistan sonuncu yerlərdən birini tutur. Jurnalistlər ölkə prezidentini «media-irticaçı» (azad mətbuatın düşmənləri) siyahısına daxil ediblər.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO