Türkiyə telekanalı “Neftçi” haqda film çəkəcək

STV “Qarabağ”ı dünyanın məşhur futbol klubları sırasına qoyacaq

Türkiyənin “Samanyolu” Televiziyası (STV) Azərbaycanın ən yaşlı futbol klubu olan “Neftçi” haqında sənədli film çəkəcək. Bu haqda Modern.az saytının qonağı olan STV-nin İdman departamentinin direktoru Mehmet Şeyho məlumat verib.

M.Şeyhonun sözlərinə görə, STV-nin istehsal etdiyi “Futbolun aynası” proqramı dünya paytaxtlarının ən yaşlı futbol klubları haqda silsilə filmlər hazırlayır:

“İndiyədək biz, Hollandiyanın “Ayaks”, Portuqaliyanın “Benfika”, Avstriyanın “Rapid”, Ukraynanın “Şaxtyor”, İspaniyanın “Barselona”, “Valensiya” klubları haqda filmlər çəkmişik. İndi isə qardaş Azərbaycanın futbolunun incisi olan “Neftçi” haqqında film çəkməyi düşünürük”.

STV təmsilçisi Ağdamın “Qarabağ” klubu haqqında da analoji film çəkmək niyyətində olduqlarını söyləyib: “Burada məqsəd, Qarabağ adını dünyaya duyurmaqdır”.

Qeyd edək ki, “Futbolun aynası” proqramının dünyanın yaşlı futbol klublarına həsr etdiyi filmlər STV ilə yanaşı, dünya telekanalarında, eyni zamanda Türk Hava Yollarının təyyarələrində yayınlanır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO