Türk Dünyası jurnalistləri Bakıda

“Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan 4 Türk dövlətdən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı bu gün millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə Fəxri Xiyabanda olub və mərhum prezident Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Jurnalistlər daha sonra Şəhidlər Xiyabanını, həmçinin şəhid jurnalistlər Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını da ziyarət edib.

Səfər zamanı deputat qonaqlara 20-ci əsrin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlar, qətliamlar, Qafqaz İslam Ordusunun Bakının erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumat verdilər və Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı olduğunu bildirdilər.

Jurnalistlər Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın böl­gələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edəcək, yerli ictimaiyyət nüma­yəndələri ilə görüşlər keçirəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO