TQDK jurnalistlər üçün müsabiqə elan edib

TQDK jurnalistlər üçün müsabiqə elan edibTələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılmasının 20 illiyi münasibəti ilə KİV nümayəndələri arasında yeni müsabiqə elan edilib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə aparılacaq.

1) TQDK-nın təsis olunmasının 20 illiyinə həsr olunmuş ən yaxşı məqalə.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcəkdir. Bu naminasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə trəqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

2) TQDK-nın təsis olunmasının 20 i illiyinə dair ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.

Müsabənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO