Tovuza həsr olunmuş kitab və film ictimaiyyətə təqdim edilib

Tovuza həsr olunmuş kitab və film ictimaiyyətə təqdim edilib Oktyabrın 18-də Tovuzun keçmişi, tarixi və mədəni əlaqələrini özündə əks etdirən film və kitabın təqdimatı olub. Tovuzda millət vəkili Qənirə Paşayevanın iştirakı ilə Tovuzun keçmişi, tarixi və mədəni əlaqələrini özündə əks etdirən filmin, kitabın və rayona bəhs edilən musiqi kompozisiyasının təqdimatı keçirilib. Musiqi kompozisiyasının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Tünzalə Ağayevaya məxsusdur. Rayona həsr edilən musiqi kompozisiyası tanışlıq məqsədi daşıyır. Təxminən 7 dəqiqəlik videoda musiqi ilə paralel Tovuzun tarixi abidələri və mədəni irsi barədə görüntüləri yer alıb. Həmin gün Tovuza həsr edilən filmin də təqdimatı olub. Təxminən 30 dəqiqə olan sənədli filmdə Tovuzun Azərbaycanın digər bölgələri kimi zəngin tarixə və mədəni keçmişə malik olduğu barədə məlumat verilir. Tədbirdə həmçinin Tovuzun toponimiyası ilə bağlı professor Zirəddin Xasıyevin yazdığı “Tovuzun toponim dünyası” adlı kitabın da təqdimatı olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO