“Sərhədsiz Söz “III Beynalxalq forumunun iştirakçıları Heydər Əliyev fondunda olmuşlar


Bakıda Yazıçılar Birliyinin 75 illiyi münasibətilə “Sərhədsiz söz” adlı konfrans keçirilir. APA-nın xəbərinə görə, konfrans “Yazıçılar Birliyinin mediatekası” adlı portalın təqdimatı ilə başlayıb. Portalda Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinə həsr olunmuş elektron sənədlər, həmçinin YB-nin təxminən 1500 üzvü haqda məlumatlar toplanıb. Rəşid Behbudovun, Səməd Vurğunun və digər sənətçilərin, şairlərin dilindən səslənən qəzəllər, şeirlər, eləcə də əruz vəzninin düzgün anlamaq və ifa etməyə kömək edən karaoke yeniliklər sırasındadır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları salamlayaraq bildirib ki, portal görkəmli mədəniyyət-ədəbiyyat xadimlərinin əsərlərinin yeni nəsil üçün populyarlaşdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, konfransda MDB ölkələrindən, Türkiyədən olan qonaqlar iştirak edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO