Səməd Vurğunun 105 illik yubileyi münasibətilə anım mərasimi keçirilib


Azərbaycanın xalq şairi Səməd Vurğunun 105 illik yubileyi münasibətilə anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev – muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisinin birgə layihəsi olan “Zirvədəki şəxsiyyətlər Səməd Vurğun – 105” adlı tədbir görkəmli ədibin ev-muzeyinin qarşısında baş tutub.

Tədbir iştirakçıları anım mərasimi üçün xüsusi hazırlanan “Səməd Vurğun 105” döş nişanlarını taxaraq şəhərin müəyyən hissəsinə, eləcə də üzərində xüsusi yazılar olan avtomobillər Fəxri Xiyabana yürüş ediblər. Tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edərək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və məzarı üzərinə güllər qoyublar. Burada ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilova S. Vurğunun yaradılıcığı haqqında çıxış edərək, tədbirin əhəmiyyətini dilə gətirib. Mərasim iştirakçıları Səməd Vurğun bağında ucaldılmış şairin heykəlini də ziyarət ediblər. Daha sonra tədbir şairin ev-muzeyində davam edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO