Səlim Sinədəftərin “Qəm karvanı ” adlı kitabı oxuculara təqdim olundu

Səlim Sinədəftərin "Qəm karvanı" adlı kitabı oxuculara təqdim olunduİyun ayının 29-da Səlim Sinədəftərin “Qəm karvanı” adlı kitabının təqdimat mərasimi keçirilib. “Səlim Sinədəftər artıq bir neçə ildir dünyasını dəyişib və onun çoxlu sayda şeirləri var idi ki, çap olunmamışdı, indi onun bütün şeirləri bir kitab şəklində toplanaraq Azərbaycan oxucusuna təqdim olunur”, kitabın ön sözünün müəllifi, millət vəkili Qənirə Paşayeva bildirib. Millət vəkili onu da qeyd edib ki, bu kitab gənc nəsil arasında təbliğ olunmalıdır ki, gənclər kitab oxumağa meyilli olsunlar. Paşayevanın sözlərinə görə, gənclər arasında gözəl poeziya nümunələrinə bağlılığın olması hər bir insana yalnız zənginlik verir. “Qəm karvanı” kitabında aşıq şeirinin gəraylı, qoşma, təcnis, qıfılbənd, divani, müxəmməs, deyişmə kimi müxtəlif formalarında yüzlərlə gözəl nümunələr toplanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO