Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcək

Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcəkAprelin 21-də Dövlət Film Fondunda görkəmli şair və dramaturq Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Film Fondundan veriblər. Slavyan Universiteti ilə Film Fondunun birgə təşkil edəcəyi tədbirdə Sabit Rəhmanın yaradıcılığından söhbət açılacaq, ssenari müəllifi olduğu “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərindən fraqmentlər göstəriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO