İranın islahatçı jurnalistlər assosiasiyasının rəhbəri azadlığa buraxılıb

İranın İslahatçı Jurnalistlər Assosiasiyasının rəhbəri Bədrülsadat Mofidi 5 ay yarım həbsdən sonra iyunun 7-də azadlığa buraxılıb.

“Media forum” saytının məlumatına görə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutulub Tehranın Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlanan xanım Mofidinin azadlığa çıxması 100 min dollarlıq dəyərində qoyulan mülk girovu qarşılığında mümkün olub.

Xanım Mofidinin konkret hansı ittihamlara görə tutulub həbsdə saxlanması barədə məlumat yayılmayıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO