İranda iqtidaryönlü “Hümmət ” qəzeti bağlanıb

Tehran şəhər məhkəməsinin 15-ci şöbəsinin hökmü ilə ölkənin tanınmış qəzetlərindən olan “Hümmət” bağlanıb. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Qəzetin bağlanmasına səbəb kimi yalan xəbər yaymaq və ölkə rəsmilərini təhqir etmək göstərilib. “Hümmət” qəzeti İranın hakim “Üsulgəra” (Mühafizəkarlar) düşərgəsinə aiddir. Qəzet bir il əvvəl də İranın Məsləhət Şurasının sədri Haşimi Rəfsəncanini təhqir etdiyi üçün bir müddət bağlanmışdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO