Qəzetlər də mərc oyunlarının təşkilatçısı ola biləcək

Məlum olduğu kimi bundan sonra mərc idman oyunları qanunla tənzimlənəcək. Parlamentin sonuncu iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən əlavə və dəyişiklikləri totalizatorun rəsmiləşdirilməsi kimi də qiymətləndirmək olar.

Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə bu vaxta qədər ölkədə keçirilən mərc idman oyunları qanundan kənar olub: “İndi isə bu oyunlar qanunla tənzimlənəcək. Artıq qanun müəyyənləşdirəcək ki mərc oyunlarını kimlər təşkil edə bilər. Mərc idman oyunundan əldə olunan gəlirlər mərcə pul qoyanlar Gənclər və İdman Nazirliyinə və Vergilər Nazirliyinə yönəldiləcək”.

Mərc oyunları ölkə daxilində keçiriləcək xarici oyunlara da Azərbaycanda pul qoyulacaq və həmin pullar ölkədə fırladılacaq”.

Bu günə kimi Azərbaycanda idarəolunmaz halda qara bazarda keçirilən totalizator oyunları getdikcə cəmiyyətin bəlasına çevrilməkdədir. Totalizator neçə-neçə ailənin dağılmasına imkanlı şəxslərin müflisləşməsinə imkansızların isə əyri yollara əl atmalarına səbəb olur.

Düzdür bu vaxta qədər də bukmeyker kontorlarına nəzarəti ayrı-ayrı şəxslər həyata keçirib. Onlar totalizatorun qanuniləşdirilməsinin və dövlət nəzarətinə keçməsinin əleyhinədir. Bu sahədən əldə olunan milyonlarla manat pula görə heç bir dövlət qurumuna hesabat verilmir. Qara bazardan əldə olunan çirkli pulların hansı məqsədlər üçün xərcləndiyi də bilinmir.

Kazinoların fəaliyyətinə rəsmən qadağa qoyulsa da pullu futbol proqnozları hər zaman gizli də olsa fəaliyyət göstərib. Dövlət nəzarəti olmadığından və totalizatorluq fəaliyyəti tənzimlənmədiyindən bukmeyker bazarında inhisarçılıq da mövcuddur. Yəni istənilən şəxs müəyyən dairlərin razılığını almadan bu sahəyə girişə bukmeyker kontoru aça bilməz.

Ekspertlər hesab edir ki “Bədən Tərbiyəsi və İdman Haqqında” Qanuna edilən əlavə və dəyişikliklərdə totalizatorla bağlı müddəada oyuna qoyulan pulun maksimum həddi göstərilməlidir. Yəni məsələn 1000 manatdan artıq pul qoyuluşu qadağan edilməlidir. Çünki elə gənclər var ki valideynlərinə məxsus pulu xəbərsiz oyuna qoyur və uduzur. Bu və digər məsələlərə görə ekspertlər totalizatorluğun dövlət nəzarətinə keçməsini müsbət hal kimi qiymətləndirir.

Digər tərəfdən 18 yaşına çatmayan gənclərin bu oyunda iştirakı qadağan olunmalıdır. Onu da deyək ki yaxın vaxtlarda “Totalizatorların keçirilmə qaydaları haqqında” əsasnamə təsdiqlənəcək. Bununla bağlı artıq layihə hazırlanaraq Nazirlər Kabinetinin sərəncamına verilib. Sərəncam imzalandıqdan sonra totalizatorlarla bağlı bütün məsələlərə aydınlıq gələcək. Ən əsası isə odur ki bundan sonra bukmeyker kontorları yalnız dövlət nəzarəti altında xüsusi lisenziya ilə fəaliyyət göstərəcək. Əsasnamənin təsdiqlənməsindən sonra totalizatorlara Gənclər və İdman Nazirliyi nəzdində yeni yaradılacaq şöbənin nəzarət edəcəyi gözlənir. Əldə olunan vəsait isə idmanla bağlı qurumların maliyyələşdirilməsinə sərf olunmalıdır. Əsasnamənin həyata keçirilməsi sözsüz ki bu sahədə mövcud olan başıpozuqluğu aradan qaldıracaq. Qeyd edək ki bu günə kimi həmin proses gizli surətdə həyata keçirilir yəni pul qoyuluşu qara bazarda reallaşır. Belədə isə yığılan vəsait dövlətin deyil hansısa fərdin cibinə axır. Ona görə də dünya təcrübəsinə əsaslanaraq bu sahədə də bir tənzimlənmə həyata keçirilməlidir necə ki yaxın müddət ərzində bu baş tutacaq. Görəsən sözügedən əsasnamənin qəbuluna bukmeyker kontorları ilə bağlı olanlar necə yanaşır?

Bukmeyker kontorlarından birində çalışan Vaqif adlı şəxs prosesin qanuni şəklə salınmasının tərəfdarıdır: “Çoxdan gözlənirdi axır ki məsələ öz təsdiqini tapmaq ərəfəsindədir. Xarici ölkələrin təcrübəsində də bu sahədə bir əsasnamə mövcuddur. İlk olaraq qonşu Rusiya belə bir təcrübədən yararlanıb. Onlarda da əvvəlcə qara bazar hökm sürürdü. Sonradan dövlət prosesi öz nəzarətinə götürdü. Türkiyədə də bu hal iddia formasında olsa da təsdiqini tapıb. İstəsək də istəməsək də idman yarışlarına pul qoymaq oyunu oynanır. Cinayət Məcəlləsində qumar oynamaq barədə maddə nəzərdə tutulmayıb. Proses sadəcə İnzibati Xətalar Məcəlləsilə tənzimlənir. Bu məcəllədə isə sanksiyalar yüngül olduğundan tənzim prosesinə ciddi əhəmiyyət verən yoxdur. Təkcə Bakının 108 məntəqəsində bununla bağlı qara bazar fəaliyyətdədir. Prosesin qanuni şəklə salınması vacibdir. Bundan sonra pul qoyuluşlarını dövlət qəbul edəcək. İnsanlar yatırımlarını dövlətin hesabına edəcək. Belədə onlarda inam da artacaq. Hazırda isə pul qoyan şəxslərin 90 faizində böyük məbləğdə pul udacağı təqdirdə onu ala biləcəyinə inam yoxdur. Onsuz da bəllidir ki pul qoyan şəxslərin 80-90 faizi uduzur. Bu pullar isə artıq kimlərinsə cibinə deyil dövlətin büdcəsinə gedəcək. Digər tərəfdən həmin pulla hansısa bir idman sahəsində yenilik də etmək olar”.

Həmsöhbətimiz onu da bildirir ki bu vaxta qədər də əldə etdikləri puldan bu və ya digər qurumlara qanunsuz ödənişlər həyata keçiriblər: “Qanunun qəbulu əslində kontor sahiblərinin ürəyincədir. Artıq rahat nəfəs ala biləcəyik.

Biləcəyik ki heç kəs bizi incitməyəcək pulumuzu əlimizdən almayacaq və s”. Məlumatlara görə bundan sonra qəzetlər də lisenziya almaqla mərc oyunlarında təşkilatçı qismində iştirak edə biləcək. Bu isə həm qəzetlərin satışına həm də gəlirlərinə müsbət təsir göstərəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO