Qurani-Kərim macar dilinə tərcümə edilib

Macarıstanda uzun illərdən bəri fəaliyyət göstərən, türklərin də çalışdığı İslam və Mədəniyyət Vəqfi Qurani-Kərimi ilk dəfə macar dilinə tərcümə edib. Vəqfin nümayəndələri macar dilinə tərcümə olunan Qurani-Kərimi ictimaiyyətin diqqətinə təqdim etmək üçün dünən mətbuat konfransı da keçirib. Paytaxt Budapeştdəki “Astoria-hotel”də baş tutan tədbirdə İstanbul Fatih məscidinin baş imamı Osman Şahin, Türkiyənin Avstriyadakı səfirinin din işləri üzrə müşaviri Seyfi Bozqır, İraq, Pakistan, Mərakeş, Azərbaycan, Livan, Misir, Qətər, Malayziya və s. ölkələrin səfirləri, Macarıstan parlamentinin bir sıra deputatları, bu ölkədə yaşayan türkiyəli, eləcə də yerli ziyalılar, ümumilikdə 300 nəfər iştirak edib. Quranı tərcümə edən Halime Zsuzsanna Kiss bu işi 3 ilə başa çatdırdığını deyib. Onun sözlərinə görə, Qurani-Kərim ölkə tarixində heç vaxt yerli dilə tərcümə olunmayıb və ona görə də bu müqəddəs kitabı macar dilində oxumaq imkanı qazanan vətəndaşlar çaşqınlıq içindədirlər. Kiss onu da əlavə edib ki, tərcümə işini macar dilini yaxşı bilən islam alimlərinin ciddi nəzarətində aparıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO